Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb.

Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

    Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcək.