Martda əhali restoranlara 159 mln. manatdan çox pul xərcləyib

2023-cü ilin mart ayında Azərbaycanda əhali kafe və restoranlara 159 milyon 272.8 min manat vəsait xərcləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, ötən ilin mart ayı ilə müqayisədə ictimai iaşə dövriyyəsi 22% artım göstərib.

Xatırladaq ki, cari ilin mart ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 883.2 milyon manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR