"Quterreş Putinə taxıl müqaviləsi ilə bağlı məktub göndərib" -

"BMT-nin baş katibi Antonio Quterreşin Rusiya prezidenti Vladimir Putinə taxıl müqaviləsi ilə bağlı məktubu diplomatik kanallar vasitəsilə göndərilib və hazırda müzakirə mərhələsindədir".

Metbuat.az xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, analoji məktublar Ukrayna və Türkiyəyə də göndərilib.

Qeyd edək ki, 22 iyul 2022-ci ildə İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər imzalanıb. Həmin sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı barədədir. Sazişlərin digər hissəsi Rusiya ərzaq məhsulları üçün dünya bazarlarına çıxışla bağlıdır. Rusiya tərəfi isə iddia edir ki, sənədin ikinci hissəsinin həyata keçirilməsi ilə bağlı faktiki olaraq heç bir addım atılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR