BMT “Taliban”ın qadın və qızlara qarşı mövqeyini pislədi

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstandakı “Taliban” administrasiyasını qadınlara və qızlara qarşı getdikcə sərtləşən məhdudiyyətləri tez bir zamanda geri götürməyə çağırıb və qadınların BMT ilə işləməsinə qoyulan qadağanı pisləyib.

Metbuat.az xəbər verir ki, BMT “Taliban”ın ölkədə qadın və qızlara qarşı mövqeyinə etiraz edib. Bildirilir ki, bununla bağlı sənəd Təhlükəsizlik Şurasında müzakirə edilir. Sənəddə deyilir ki, “Taliban” hərəkatı təhsil, məşğulluq, azadlıq və ictimai həyatda bərabər iştirak imkanlarını sürətlə bərpa etməlidir. Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya tərəfindən hazırlanan qətnamə layihəsinin 15 üzvdən ibarət Şurada səsverməyə çıxarılması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR