Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

“Mən bu il 3-cü dəfə qardaş ölkəyə səfər edirəm - fevral ayında, mart ayında və bu gün buradayam. Əziz qardaşım sıra sizdə”.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib.

“Biz sizi gözləyirik, bütün Azərbaycan xalqı sizi gözləyir, sizi öpür qucaqlayır, sizə öz sayğı və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir”,-deyə dövlət başçısı qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR