Türkiyəli jurnalist “Bayraqdar Qızılalma”dan danışdı: “Qarabağın təhlükəsizliyi əmin əllərdədir” - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Texnofest-2023” başlayıb.

Metbuat.az xəbər verir ki, bu il 7-cisi baş tutan beynəlxalq festivalda 102 fərqli kateqoriyalarda 41 yarış üzrə 1 milyondan çox layihə iştirak edir. Belə ki, komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

“Texnofest-2023” çərçivəsində Türkiyənin “Bayraqdar Qızılalma”, “Bayraqdar Akıncı” və ilk dəfə olaraq “Bayraqdar-TB3” pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunub.

Sərgidən Metbuat.az üçün özəl olaraq məlumat verən jurnalist Güngör Yavuzaslan bildirdi ki, bu il sərgi iştirakçıları xüsusilə “Bayraqdar Qızılalma”nı görmək üçün gəlirlər.

"Bundan sonra səmalarımız əmin əllərdə olacaq. Zamanında Türkiyəyə "F35"ləri verməyənlərin inadına biz daha yaxşısını düzəltdik. İndi həm Türkiyə, həm də can Azərbaycanımız, Qarabağımız təhlükəsizlikdə olacaqdır", - deyə Güngör Yavuzaslan qeyd edib.

Məlumat üçün bildirək ki, festival mayın 1-dək davam edəcək.

Made with Clipchamp


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR