Sexdə yanğın - Təmirə gətirilən maşınlar ziyan gördü

Xətaidə avtomobil təmiri sexində yanğın olub.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan sexin qarşısında təmirə dayanan "Mercedes" və "Honda" markalı minik avtomobillərinin ön hissəsi, "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi yanıb.

Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR