ABŞ və Britaniya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalına husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

O, məlumat verib ki, hücum nəticəsində daha 9 nəfər yaralanıb.

Qeyd edək ki, Amerika lideri Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verib.