Filippində ötən il 426 quduzluq hadisəsi qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd edilib ki, qeydə alınan hadisələrin hamısında ölüm halı qeydə alınıb. Bu, quduzluğun 100 faiz ölümcül olduğuna sübutdur.
"Bu halların 45 faizi və ya təxminən yarısı ev heyvanlarının dişləməsindən qaynaqlanır", - deyə məlumatda qeyd olunub.