“Amerikanın səsi” dayandı

“Amerikanın səsi” radiostansiyası 1300-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun direktoru Maykl Abramovits açıqlama yayıb.

Qeyd edək ki, “Amerikanın Səsi” ilk dəfə 1942-ci ildə yayıma başlayıb. Onun təxminən 260 milyon dollar illik büdcəsi var idi.

ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Amerikanın “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu demişdi. ABŞ Prezidenti Donald Tramp isə martın 14-də 7 federal qurumun ləğvi barədə fərman imzalayıb. Həmin qurumlar arasında “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır. “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı