Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi "X" hesabında bildirib.
Qeyd edək ki, Amerika lideri Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verib.