Serbiya prezidenti Vuçiç ölkədəki etirazlar fonunda istefa vermək fikrində deyil.
Metbuat.az xəbər verir ki, o bu barədə dünən axşam saatlarında Belqradda müxalifətin böyük mitinqindən sonra keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, Belqrad polisi iştirakçıların sayını 107 min nəfər olaraq qiymətləndirib.
Müxalifət 500 mindən 1 milyona qədər insanın küçələrə çıxdığını iddia edib.