Hollivud aktyorları, rejissorları və ssenaristlərinin də aralarında olduğu 400-dən çox məşhur hökumətdən süni intellekt sahəsində qanunları yumşatmamağı xahiş ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə onlar açıq məktub dərc ediblər. Məktubda hökumətə süni intellektə aid olan mövcud qanunları qorumaq barədə çağırış edilib. Məktubu imzalayanlar OpenAI və “Google”un süni intellektin hazırlanması üçün müəllif hüquqları ilə qorunan materiallardan istifadə təklifinə də etiraz ediblər.
Məktubda süni intellektin hazırlanması və inkişafı üçün mövcud qanunların yumşaldılmasının Hollivud sektoruna mənfi təsir edəcəyi barədə xəbərdarlıq edilib.