Putinlə Trampın telefon danışığının vaxtı məlum oldu

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 16:00-18:00 arasında gözlənilir.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, iki ölkə liderləri həm Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasını, həm də Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı