​ABŞ Misirə hərbi dəstəyi dayandıra bilər

Tramp administrasiyası Misir ordusuna hərbi yardımı kəsmək qərarı ilə bağlı Qahirəni xəbərdar edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Middle East Monitor" məlumat yayıb.

Qeyd edilib ki, dəyişikliyin bu ilin sonunda qüvvəyə minməsi gözlənilir. ABŞ-nin Misirlə bağlı siyasətinə yenidən baxılması Qahirənin Trampın fələstinliləri Qəzzadan qovmaq planını bəyənməməsi ilə əlaqələndirilir.

Misir ənənəvi olaraq ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri hesab olunur və ölkələr arasında hərbi əməkdaşlıq onların münasibətlərinin təməl daşı olaraq qalır. Vaşinqton Misirə hər il təxminən 1,3 milyard dollar hərbi yardım edir. Bu vəsait Amerika avadanlığının alınması, ordunun hazırlanması və müdafiə infrastrukturunun saxlanması üçün istifadə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı