Qanun dəyişdi: Pensiyalar artırıla, banka borclar silinə bilər - VİDEO

Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial Sığorta haqqında" qanuna edilən dəyişiklikdir.

Metbuat.az xəbər verir ki, yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək.

Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst kapital əlavə gəlir mənbəyinə çevriləcək. Bu həm pensiayalar, həm də pensiya kapitalının artımına şərait yaradır.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev itv-yə bildirib ki, bu əməliyyatların qanunauyğunluğuna, şəffaflığına, gəlirliliyinə, maliyyə və əməliyyat risklərinə nəzarət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İnvestisiya Şurası formalşdırılır: "Hansı istiqamətlərə investisiya yönləndiriləcək, hansı hədəflər müəyyənləşdiriləcək, maliyyə və əməliyyat risklərinin nədən ibarətdir olacağı ilə bağlı İnvestisiya Şurası hər il bir dəfə investisiya sənədini təsdiqləyəcək".

Yeniliklərdən əlavə əhalini sevindirəcək təkliflər də mövcuddur. Əhalinin istəyini nəzərə alaraq pensiya kapitalının fərqli istiqamətlərdə istifadəsi nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bildirib ki, səhiyyə xidmətini almaq, kommunal xidməti ödəmək, kredit öhdəlikləri olan vətəndaşların borcunu ödmək üçün pensiya kapitalının bir hissəsinin bu isitqamətə yönləndirilməsi məqsədəuyğun olardı".

Ətraflı videomaterialda izləyə bilərsiniz:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR