​Zurabişvili Gürcüstan hakimiyyətini hədələdi

Gürcüstan Prezidenti Salome Zurabişvili sabah vətəndaşlara videomüraciət edəcək.

Metbuat.az "Sputnik Gürcüstan"a istinadən xəbə verir ki, Zurabişvili Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasında hakimiyyətə və şəxsən hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə ölkədə yeni parlament seçkilərinin vaxtını təyin etmək üçün dekabrın 29-dək vaxt verib.

Qeyd edək ki, səlahiyyət müddəti dekabrın 29-da başa çatacaq Prezident Zurabişvili dekabrın 21-də müxalifət liderləri və QHT nümayəndələri ilə görüşüb.

Görüşdə tərəflər ölkədə yeni seçkilərin keçirilməsi məsələsini müzakirə ediblər.

"İvanişvili gəlsin, çünki hər şeyi o həll edir. Seçkinin keçirilmə tarixi dekabrın 29-na qədər razılaşdırılmalıdır. Cavab gözləyirəm ki, hər şey aydın olsun",- Zurabişvili bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı