Bürclər üçün ideal ölkə hansıdır? - SİYAHI

Hər birimiz doğulduğumuz ölkədən başqa harada daha çox xoşbəxt ola bilərdik düşüncəsi ən azından bir dəfə də olsa ağlımıza gəlib. Astroloqlar hesab edir ki, bizim bu düşüncələrimizə bürclərin də təsiri var.

Metbuat.az bu barədə olan məlumatı təqdim edir:

Çox aktiv olan Qoçların özünə inamı da daima yüksəkdir. Astroloqlar hesab edir ki, əyləncənin və hərəkətin bitmədiyi Tayland onlar üçün ideal ölkələrdən biridir.

Yenilikləri və risk etməyi sevməyən Buğalar hər zaman özlərini təhlükəsiz hiss etmək istəyirlər. Buğa bürcü oturaq həyatı sevir, estetikaya önəm verir. Çox oxumağı, musiqi və sənət əsərlərini dinləməyi sevirlər. Onlar üçün ideal ölkə Danimarkadır

Daim dəyişən əhvalları ilə tanınan Əkizlər uzun müddət eyni nöqtədə qalmağa dözə bilməzlər. Bu səbəbdən Əkizlər bürcləri nəqliyyat imkanlarının yüksək olduğu bir yerdə yaşamalıdır. Bu ölkələrdən biri də Almaniyadır. Bundan əlavə Əkizlər üçün ideal ölkə seçimi arasında İtaliya,Argentina, Braziliya, Meksika hətta Havay adaları da var.

Çalışqanlığı ilə tanınan Xərçəng bürcü pul qazanmağa və qənaət etməyə önəm verir. Bu səbəbdən dünyanın ən zəngin ölkələrindən biri olan İsveç məhz onlar üçündür. Burada onlar zəhmətləri ilə istədikləri kimi iqtisadi cəhətdən rahat həyata nail ola bilirlər.

Şir bürcü özünü göstərməyi və alış-veriş etməyi xoşlayır. Dəbin paytaxtı İtaliya, onların dəbdəbəli və xərcləmə vərdişlərini sağaldacaq romantik bir ölkədir. Bu baxımdan onlar İtaliyada öz sənətçi şəxsiyyətlərini göstərə və ön sıralarda ola bilərlər.

Qız bürcündə olanlar çox vasvası, çalışqan və mütəşəkkil olurlar. Dəqiqlik onlar üçün çox vacibdir. Dünyanın ən punktual insanlarına sahib olduğu ən təmiz ölkələrdən biri olan İsveçrə bu xüsusiyyətləri ilə Qız bürcünə mükəmməl uyğun gəlir.

Tək qalmağı sevməyən Tərəzilər yeni insanlarla tanış olmağı və sosial olmağı xoşlayırlar. Sadəlövh təbiətə malik olan Tərəzilər üçün Sinqapur qanunların ən yaxşı işlədiyi ölkələrdən biri kimi kifayət qədər maraqlı olacaqdır.

Əqrəblər üçün isə ideal ölkə nizam-intizama önəm verən, həm də güclü mədəni irsi ilə həyata məna verən yaponlar ilə yaşamaq asan ola bilər.

Azadlıqlarını çox sevən Oxatanlar öyrənmə eşqi ilə dolu olurlar. Ənənəvi fikirləri sevmirlər. Başqalarının azadlıqlarına hörmət etdikləri üçün cəmiyyət tərəfindən sevilirlər. Bütün bu xüsusiyyətləri ilə ABŞ onlar üçün ən ideal ölkələrdən biridir.

Təbiəti sevən Oğlaqlar məsuliyyətli və çalışqan olurlar. Onlar ailələrinə çox əhəmiyyət verirlər. Bütün bu xüsusiyyətlər zəngin təbiəti və ali təhsil imkanları ilə Finlandiyada mövcuddur.

Zəka ilə texnologiyanı birləşdirən Dolça bürcləri həyat standartlarını yaxşılaşdırmaq üçün daima çalışırlar. Texnologiyaya önəm verən Cənubi Koreyanın beyin gücü çox yüksəkdir. Bu səbəbdən Dolça bürcləri orada rahatlıqla özlərinə iş sahəsi tapa bilirlər.

Çox həssas bürclər olan Balıqlar çox emosionaldırlar. Onlar dəniz olmayan yerlərdə o dəqiqə özlərini bədbəxt hiss edirlər. Ona görə də Avstraliya onlar üçün ideal ölkə ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR