Emin Əmrullayev bu şagirdlə bağlı paylaşım etdi - FOTO

Bir müddət öncə ABŞ-da kimya ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olunan azərbaycanlı Dəniz Səttarlı Qazaxıstandakı Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını əldə edib.

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Tvitter hesabında yazıb.

“Bir müddət öncə ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun kimya ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul alan məktəblimiz Dəniz Səttarlı Qazaxıstanın Astana şəhərində keçirilən 57-ci Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını əldə edib. Təbriklər və uğurlar!”, - nazir qeyd edib.

Qeyd edək ki, Dəniz Səttarlı daha əvvəl Massaçusets Texnologiya İnstitutuna qəbul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR