Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “GələcəkSƏN” adlı tədbir keçiriləcək

Əsrlər boyu cəmiyyətin inkişafında və xüsusilə uşaqların, gənclərin formalaşmasında qadınlar həmişə önəmli yer tutmuşdur. Uşaqların maarifləndirilməsi və onlarla tərbiyəvi işlərin aparılmasında ailədə qadının rolu danılmazdır.

Metbuat.az xəbər verir ki, bütün bu nüansları nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “GələcəkSƏN” layihəsini həyata keçiriləcək.

Bu layihə gənc və ortayaşlı xanımların sağlamlığı, təhsili, karyerası və inkişafı üçün nəzərdə tutulmuşdur. Gün ərzində xanımlar müxtəlif peşə sahibləri tərəfindən maraqlı mövzular üzrə maarifləndiriləcək və gələcək üçün önəmli qərarlar verməyinə təkan verəcək. Tədbir zamanı müxtəlif yarışlar ,oyunlar keçiriləcək və hədiyyələr paylanılacaq.

Tədbir Park Bulvar ərazisində 13 may tarixində saat 13:00 da rəsmi başlayıb 17:00-a kimi davam edəcək. Açılışa rəsmi dövlət qurumu nümayəndələri, deputatlar və digər orqanların rəsmi nümayəndələrinin dəvəti nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR