Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Twitter”də paylaşım edib.
Metbuat.az xəbər verir ki, Çavuşoğlu ümummilli liderin Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində böyük əməyi olduğunu bildirib, ulu öndəri hörmət və ehtiramla yad etdiyini vurğulayıb.