20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir

20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir
14:43 19 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
20 yanvar faciəsi nəinki Azərbaycan xalqına qarşı törədilmiş qətliam, həm də insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən AzərTAc-a bildiriblər ki, bunu faciənin 25-ci ildönümü münasibətilə keçirilmiş tədbirdə bu ali təhsil ocağının rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova deyib.
Bildirilib ki, 20 Yanvar AMİU-nun tarixinə də qara hərflərlə həkk olunub. Həmin gün bu ali təhsil ocağının 4 tələbəsi öz qanı ilə Azərbaycanın müstəqilliyini tarixə yazan Vətən övladları sırasında yer aldı.
Rektor qeyd edib ki, anım tədbirinin hər il keçirilməsindən məqsəd 25 il əvvəl baş vermiş hadisəni bir daha dünya ictimaiyyətinə çatdırmaq, faciəyə hüquqi beynəlxalq qiymətin verilməsini təmin etmək və xalqımızın şəhidləri heç zaman unutmayacağını göstərməkdir.
Tədbirdə digər çıxış edənlər də xalqımızın mərd övladları ilə daim qürur duyacaqlarını söyləyib, o dəhşətli günü bir daha xatılayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_Azerbaycan_xalqina_qarsi_toredilmis_cinayetdir-825743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR