Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 131 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 84, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 963 017, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 686, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 190 nəfər təşkil edir.

    Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR