BMT Komissiyası Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul edib

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılması şərtlərini nəzərdən keçirmək üçün Türkiyə və Azərbaycanın da həmmüəllifləri olduğu qətnamə qəbul edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən ESCAP-ın 79-cu sessiyasının nəticələrinə əsasən, bu komissiyanın “Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.

Agentliyin məlumatında qeyd olunur ki, bu, Türkmənistanın komissiya çərçivəsində təşəbbüskarı olduğu ilk qətnamədir, dövlət başçılarının - Aralın Xilas olunması üzrə Beynəlxalq Fondun təsisçilərinin Bakıda keçirilmiş sammitinin nəticələrini özündə əks etdirir.

Son yarım əsrdə Aral dənizinin həcmi təxminən 10 dəfə azalıb. Əvvəllər dünyanın dördüncü ən böyük dənizi hazırda bir neçə su anbarına bölünür və ərazisi 54 min kvadratmetrdən çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı