Azərbaycanlı futbolçu məşhur qapıçılar arasında - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk onilliyində ən çox qol vuran qapıçıların siyahısını dərc edib.

Metbuat.az-ın məlumatına görə, 15 nəfərlik cədvəldə azərbaycanlı qolkiper də var. Bu, “Turan”ın sabiq kapitanı Nizami Sadıqovdur. O, 2001-2010-cu illər aralığında Azərbaycan çempionatında 9 qola imza atıb. Siyahıya braziliyalı Rojerio Seni başçılıq edir. Seni nəzərdə tutulan müddətdə 58 dəfə fərqlənib. O, ümumi karyerası ərzində isə rəqib qapılarına 129 dəfə yol tapıb. 1992-2004-cü illər aralığında “Turan” və “Kəpəz”in formasını geyinmiş Nizami Sadıqov isə ümumilikdə 21 qol vurub.

Qapıçı

Ölkəsi

Qollar

Cəmi

ÖÇ

ÖK

BKY

MK

1

Rojerio Seni

Braziliya

58

5

13

76

2

Conni Veqas

Peru

34

1

35

3

Vensan Enyama

Nigeriya

18

2

4

24

4

Misael Alfaro

Salvador

22

22

5

Fernando Patterson

Kosta-Rika

20

2

22

6

Kristian Lukketti

Argentina

17

2

19

7

Dimitar İvankov

Bolqarıstan

14

3

1

18

8

Fan Van Santos

Vyetnam

14

1

15

9

Sebastian Saya

Argentina

12

1

13

10

Hans-Yorq Butt

Almaniya

9

2

11

11

Jarko Luçiç

Monteneqro

10

10

12

Qaston Losa

Argentina

9

9

13

Nizami Sadıqov

Azərbaycan

9

9

14

Uqo Suares

Boliviya

7

1

8

15

Xose Luis Çilavert

Paraqvay

4

1

2

7

Qeyd: ÖÇ – ölkə çempionatı, ÖK – ölkə kuboku, BKY – beynəlxalq klub yarışları, MK – milli komanda


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı