Siyəzəndə bədbəxt hadisə baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.

    Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də o artıq xəstəxanaya çatana kimi ölüb.

    Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.

    Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

    Faktla bağlı araşdırmalar davam etdiriləcək.