“Avtoyuma məntəqələri içməli sudan istifadə edirlər” - Azərsu

Abşeronda texniki su şəbəkəsi olmadığına görə, hər yerdə içməli sudan istifadə edilir.

Metbuat.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, yarımada ərazisindəki müəssisələr, xüsusilə avtoyuma məntəqələri içməli sudan istifadə edirlər: "Abşeron ərazisində avtoyuma məntəqələrinin 95 %-də sayğac quraşdırılıb. Amma bu o demək deyil ki, onlar suyu necə gəldi istifadə etməlidirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR