Əliyev Zelenski görüşü nə üçün əhəmiyyətlidir? - DETALLAR

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Politoloq Elxan Şahinoğlu görüş ilə bağlı fikirlərini paylaşıb. Metbuat.az xəbər verir ki, analitik qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bir neçə səbəbdən əhəmiyyətlidir.

"Birincisi, bu görüş Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması istəyini tərənnüm etdirir. İkincisi, Azərbaycan dost Ukraynaya humanitar yardımlarını davam etdirəcək. Üçüncüsü, Azərbaycan Ukraynaya daha çox yanacaq verməyə hazırdır. Dördüncüsü, müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda dincəlmələri davam etdiriləcək".

Politoloq xüsusi bir məqamı da vurğulayaraq bildirdi ki, Rusiya-Ukrayna müharibəsinda iştirak edən azərbaycanlılarla ermənilərin say tərkibi eyni olsa da, Ermənistan Rusiyanın qorxusundan Kiyevə yardım etməyib.

"Ermənistan Ukraynaya yardım etmir. Halbuki, Ukraynada müharibəyə qədər azərbaycanlılarla ermənilərin sayı faktiki eyni idi. Ancaq müharibə zamanı Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etməyib. Azərbaycanın Ukraynaya yardımı Vaşinqton tərəfindən də yüksək qiymətləndirilib. Prezident Volodimir Zelenski müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını arzuladığını bildirib".

Xatırladaq ki, liderlərin söhbəti zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.

METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı