İtaliyalı məşqçi Karlo Ançelotti Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 2024-cü ilin ən yaxşı klub baş məşqçisi elan olunub.
Metbuat.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi səsvermədə 268 xal toplayaraq birinci yeri tutub. İkinci pillədə "Bayer Leverkuzen"in çalışdırıcısı Xabi Alonso (104 xal), üçüncü yerdə isə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola (88 xal) qərarlaşıb.
Qeyd edək ki, Ançelotti daha əvvəl 2007-ci ildə "Milan", 2014 və 2022-ci illərdə isə "Real Madrid"də bu mükafatı qazanıb. Bu, onun dördüncü dəfə dünyanın ən yaxşı baş məşqçisi adını almasıdır.
Bundan əlavə, italiyalı mütəxəssis dekabrın 17-də Dohada keçirilən mərasimdə FIFA-nın "The Best" mükafatına da layiq görülüb.