Şantaj olunan deputat danışdı: "Millət vəkili seçiləndən sonra..."

Milli Məclisin deputatı İqbal Məmmədov oğlunun üzləşdiyi şantaj hadisəsi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, Laf TV-yə danışan İ.Məmmədov hadisənin 3 il əvvəl baş verib. O bildirib ki, həmin şəxs qadın deyil, kişidir: "O, deputatlığa namizəd olduğu dövrdə oğlunun ona məxsus olduğu iddia edilən görüntülərlə şantaj edildiyin deyib: “Oğlum mənə dedi ki, ona zənglər edirlər, şantaj edirlər. Mən dedim ki, gəl həmin adamları hüquq-mühafizə orqanlarına verək. Çünki belə bir şey bizim nəslə yaraşmayan bir şeydir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdik. Həmin pulu da hüquq-mühafizə orqanlarının istəyi ilə deyilən karta yüklədik ki, onlar izi tapa bilsinlər. 3-4 ay ərzində həmin adam tapıldı, araşdırma aparıldı və işi məhkəməyə göndərdilər. Məhkəmə də ona iş kəsib. Ondan sonrasından xəbərimiz yox idi".

Onun sözlərinə görə, həmin şəxs qardaşının şirkətində işləyib. İşdən qovulduqdan sonra isə bu addımı atıb: "Mən əvvəllər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuşam. 2010-cu ildə millət vəkili seçiləndən sonra şirkətlərimi ailəmə və qardaşıma dövr etmişəm. Bu şəxs də həmin şirkətlərin birində işləyib, daha əvvəl isə hansısa reket saytlardan birində çalışıb. Qardaşıma məxsus olan şirkətdə işlədiyi vaxt o, işdən qovulub. Bu səbəbdən də belə bir şantaja əl atıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı