Azərbaycan Ordusunda təlim-metodiki toplanış keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.

Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda məşğələlər keçirilib.

Gecə və gündüz şəraitində keçirilən nəzəri məşğələlərin sonunda təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqları bölmələr tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

Qeyd edək ki, keçirilən təlim-metodiki toplanışın əsas məqsədi artilleriya zabitlərinin atəşi idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının daha da artırılmasıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı