Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət olundu

Azərbaycan bu gün ilk dəfə olaraq NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi ilə bağlı “NATO+tərəfdaşlar” formatında keçirilən iclasında dəvət olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitter paylaşımında bildirib.

O, qeyd edib ki, Beynəlxalq Əlaqələrin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova NATO Baş Qərargahında enerji təhlükəsizliyi ilə bağlı müttəfiq ölkələrə və dəvət edilən qonaqlara brifinq verəcək.

Əlavə edib ki, Esmira Cəfərova eyni zamanda NATO-nun İqlim və Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Mayk Rüle və Litvadakı NATO Enerji Təhlükəsizliyi Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı