İqtisadiyyat Nazirliyi inflyasiya proqnozuna aydınlıq gətirdi

Cari ildə inflyasiyanın 10,4% olması proqnozlaşdırılır.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.

“Mərkəzi Bank tərəfindən 8-9% rəqəmləri səsləndirilmişdi. Buna aydınlıq gətirmək üçün bildirim ki, həmin rəqəm ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim səsləndirdiyimiz rəqəm isə orta illik inflyasiyadır. Bunların arasında hər hansı ziddiyyət yoxdur”, - deyə Elnur Əliyev bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı