Türkiyənin “Fənərbağça” komandası 7 futbolçusu ilə yollarını ayıracaq.
Metbuat.az xəbər verir ki, İstanbul klubu qış transfer dövründə Sərdar Aziz, Samet Akaydın, Levent Mercan, Cengiz Ündər, Bartuğ Elmaz, Burak Kapacak və Allan Sen-Maksimen ilə vidalaşacaq. Komanda əvəzində 4 yeni oyunçu heyətinə cəlb edəcək.
“Fənərbağça” daha əvvəl İrfan Can Kahvəci ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.