"Bu il kütləvi maaş artımının olması ehtimal edilmir" - İqtisadçı

"Bu il kütləvi şəkildə əməkhaqlarının artması ehtimal edilmir".

Bunu iqtisadçı-ekspert Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, büdcəyə edilən dəyişikliklə əsaslı xərclər artırılıb, cari xərclər isə azaldılıb:

"Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin xərcləri 36,5 milyard manat məbləğində proqnozlaşdırılır. Artıma gəlincə, bu, ilin əvvəlinin büdcə proqnozundan 3,2 milyard və 9,6% çoxdur. Biz xərc istiqamətlərinə baxdıqda, büdcədən edilən əsaslı xərclər təxminən 3,7 milyard manat artırılıb. Əsaslı xərclərin artırılmasına əsas səbəb işğaldan azad olunan ərazilərdə yenidənqurma və quruculuq işlərinə fokuslanmaqdır. 3 milyard ayrılmışdı, yenidən 2,26 milyard da yenidən ayrıldı.

Bununla da işğaldan azad olunan ərazilərdə 5,26 milyard manat vəsait xərclənməsi nəzərdə tutulur. Amma cari xərclər 681 milyon manat və ya 3% azaldılıb. Cari xərclər artanda, biz əməkhaqlarının artımını ehtimal edə bilərik".

Eldəniz Əmirov həmçinin qeyd edib ki, səhiyyə və təhsil xərclərində də azalmalar olub. Bu səbəbdən ümumilikdə ölkə üzrə maaş artımlarının olacağı ehtimal edilmir. Lakin müəyyən sektorlar üzrə isə maaş, pensiya artımları mümkün ola bilər".

Gülər Seymurqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı