Emin Əmrullayev Qazaxda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 19-da Qazax rayonunda vətəndaşlarla görüşəcək .

Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri iyunun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı