"Ermənistan qəsdən təxribat törədib" - "Hraparak"

Xəbər verdiyimiz kimi, dünən saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Metbuat.az xəbər verir ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub.

Ermənistanın "Hraparak" nəşri mənbələrinə istinadən yazıb ki, dünənki təxribat Ermənistan tərəfindən törədilib: "Mənbələrimiz şübhələnirlər ki, Ermənistan hökuməti qəsdən təxribat törədib və vəziyyəti gərginləşdirib", - deyə nəşr qeyd edib.

Məlumat üçün bildirək ki, hadisə sərhədçilərimiz buraxılış məntəqəsində bayrağımızı yenisi ilə əvəz edərkən baş verib. Ermənistanın təxribatına baxmayaraq bayrağımız yenisi ilə əvəzlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı