Məzuniyyət müddəti və ödəniş məbləği nə qədər olmalıdır? - QAYDALAR

Artıq istirahət günləri başlayır. Həm özəl, həm də dövlət sektorunda işləyən işçilərin hər birinin qanunla məzuniyyət götürmək hüququ var. Bəs Əmək Məcəlləsində məzuniyyət məsələləri necə tənzimlənir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, hər bir işçinin məzuniyyət götürmək hüququ vardır. Əsas məzuniyyət qanunla 21 gündən az olmayaraq verilməlidir. Yeni işə başlayan işçi yalnız 6 aydan sonra məzuniyyət götürə bilir.

Qanuna görə, vəzifəsindən asılı olaraq bəzi işçilərə 30 gün və daha çox məzuniyyət verilir. Onlar kimlərdir?

Kənd təsərrüfatı məhsullarının istehsalında çalışanlar, məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərin, təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə əczaçılara 30 gün məzuniyyət verilir.

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə məzuniyyət 46 gündən az olmayaraq verilir. Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətləri Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətinin müddəti isə 56 gündür.

Məzuniyyət Archives - Audit.Az

Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 gündən az olmayaraq, 16 yaşından 18 yaşınadək işçilərə isə, 35 gündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.

Əmək Məcəlləsində qeyd edilir ki, ümumi staja görə də işçiyə əlavə məzuniyyət verilir.

Belə ki, beş ildən on ilədək əmək stajı olduqda 2 gün, on ildən on beş ilədək əmək stajı olduqda 4 gün, on beş ildən çox əmək stajı olduqda 6 gün əlavə məzuniyyət verilir.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən işçinin əmək stajını hansı müəssədə toplamasından asılı olmayaraq, onun son iş yerində əlavə məzuniyyət hesablanarkən hamısı nəzərə alınaraq müəyyən olunur.

Bəs işçilərin məzuniyyət ödənişləri necə hesablanır?

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Yəni, 12 aydan az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölünür. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

İşçinin məzuniyyəti hissə-hissə götürmək hüququ varmı?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Metbuat.az-a bildirib ki, işçinin belə hüququ var:

Bakupost.az - Rusiya daha ciddi qarşıdurmalara hazırlaşır - Sahib Məmmədov

"Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir".

İşçinin məzuniyyət hüquq pozularsa, bu zaman nə etməlidir?

Bu zaman işçi Dövlət Əmək Müfəttişliyinə müraciət etməldir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı