Ermənistan zavod tikdiyi yerdə ABŞ bayrağı qaldırdı - FOTO

Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, zavodda Amerika bayrağı ilə yanaşı, Ermənistan bayrağı da qaldırılıb. Bayrağın qaldırılması mərasimi bu gün baş tutub.

Qeyd edək ki, zavodun tikintisinə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR