Ədliyyə nazirinin müşaviri Məhkəmə-Hüquq Şurasına üzv seçilib

Məhkəmə-Hüquq Şurasına (MHŞ) daha bir üzv seçilib.

Metbuat.az xəbər verir ki, bu, ədliyyə nazirinin müşaviri Cavid Hüseynovdur.

Şuraya daha bir üzv - deputat Nizami Səfərov isə iyunun 24-də təyin edilib.

Bununla da MHŞ üzvlərinin sayı 14-ə çatıb.

Xatırladaq ki, iyun ayının 21-də ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfransda səsvermə yolu ilə seçkilər baş tutub. Seçkilərin nəticələrinə əsasən, Ali Məhkəmənin sədri İnam Kərimov, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərov və Mülki kollegiyasının sədri Sənan Hacıyev, apellyasiya instansiya məhkəmələri üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və birinci instansiya məhkəmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov və Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev MHŞ-nin üzvü seçiliblər. Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə MHŞ-nin üzvü seçilib.

Bundan başqa, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə də Şura üzvü seçilib.

MHŞ-nin üzvlərinin sayı ümumilikdə 15 üzvdən ibarət olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı