Bakıda sərnişin avtobusunun vurduğu piyada ölüb.
Metbuat.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda qeydə alınıb.
Belə ki, “Daewoo BC090” markalı avtobus yolun ortasında qoşa xəttin üzərində dayanmış piyada, 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vurub.
Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Amma onun həyatını xilas etmək mümkün olub.