Azərbaycan ordusu dünyanın ən qüdrətli ordularından olduğunu sübut edib - ŞƏRH

“Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar vədinə sadiq olduğunu təsdiq edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır:

"Ermənilər bu addımları ilə xalqımıza qarşı nifrət bəslədiklərini nümayiş etdirdilər" -

“Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Məhz həyata keçirilən düzgün strategiya nəticəsində, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri olduğunu 44 günlük Vətən müharibəsində əyani olaraq sübut etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və ümumilikdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri də, Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər”.

Hərbi ekspert Ramil Məmmədli Metbuat.az-a Azərbaycan Ordusunun yenilənmə dövrünü yaşadığını danışaraq, bu yenilənməni modernləşmə kimi xarakterizə etdi. Ekspert qeyd etdi ki, Silahlı Qüvvələrimizin qoşun növlərinin strukturu tam komplektləşdirilib:

"Ermənistanın siyasi əxlaqsız hökuməti düşmənlərinə qarşı kişi kimi döyüşə bilmir"

“Bildirmək istərdim ki, artıq raket-artilleriya bölmələrinin silah arsenalı və Pilotsuz Uçuş Aparatları parkının daha da inkişaf etdirilməsi ilə bağlı işlər görülür. Hələ 2014-cü ildən başlayaraq, Azərbaycan Silahlı Qüvvələri peşəkar orduya keçidlə bağlı ciddi addımlar atmağa başladı. Bu istiqamətdə görülən işlərdən biri də Müddətdən Artıq Həqiqi Hərbi Xidmət (MAXE) vəzifəsinin yaradılması oldu. Qarşıdan gələn dövrdə, komanda birləşməsinin yaradılması və inkişafı ordunun şəxsi heyətindəki peşəkar hərbi qulluqçuların sayının artırılması həm də ordunun böyük hissəsinin peşəkarlaşması kimi dəyərləndirmək olar”.

Metbuat.az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz keçmişə nəzərən xatırlatdı ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdiyi zaman Silahlı Qüvvələrin təchizatı çox zəif olsa da, ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Türkiyə ilə inteqrasiya yolunu seçdi.

Yücel Karauz ordu quruculuğunun İlham Əliyevin strateji fəaliyyət istiqamətlərindən biri olduğunu bildirərək qeyd etdi ki, nəticədə İkinci Qarabağ müharibəsi zamanı əldə olunan zəfərlə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri halına gəldiyini dünyaya sübut etdi:

“Ermənistan terror dövləti olduğunu bir daha sübut etdi” -

“Prezident İlham Əliyev 2003-cü ildən etibarən hakimiyyətə gəldikdən sonra dövlət işləri içərisində ilk növbədə ordu quruculuğuna daha çox diqqət ayırıb. Belə ki, daha müasir silah sistemləri alınmağa başladı, NATO ilə əməkdaşlıq çərçivəsində fərqli konsept və doktrinalarla Ordu təkmilləşdirildi. 2010 və 2016-cı illərdə Türkiyə ilə imzalanmış yüksək səviyyəli hərbi müqavilələr ilə təlimlərdən, təhsildən müdafiə sənayesinə qədər geniş sahələrdə böyük nailiyyətlər əldə edildi.

İkinci Qarabağ müharibəsi dövründə isə, Azərbaycan müasir texnika və sursatlardan istifadə etməklə, xalqı, dövləti və ordusu ilə birlikdə 28 illik həsrətə son qoyub. Zəfər paradından sonra İlham Əliyevin qarşıya qoyduğu hədəflər çərçivəsində Şuşa Bəyannaməsinin imzaladı. Bununla da, beynəlxalq risklərin və təhdidlərin artdığı bir şəraitdə dövrün tələblərinə uyğun olaraq Milli Müdafiə Universitetinin qurulması, Quru Qoşunlarının yaradılması və komando briqadalarının formalaşdırılması ilə Azərbaycan Silahlı Qüvvələri özünü yenilədi.

Məhz ordu quculuğu sahəsində görülən işlərin nəticəsində son 30 ildə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50-ci ordusu sırasına yüksələ bilib. Azərbaycan belə davam etdiyi təqdirdə və orduya göstərdiyi diqqət sayəsində dünya ordu siyahısında gün keçdikcə daha yaxşı yerlərə gələcək”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması"mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı