"Günay Sığorta”nın Ləğvetmə Komissiyası yaradıldı

İyunun 24-də lisenziyası ləğv edilən “Günay Sığorta” ASC-nin Ləğvetmə Komissiyası yaradılıb.

Metbuat.az xəbər verir ki, Bankın Ləğvetmə komissiyası üç nəfərdən ibarətdir. Məlumata görə, Komissiya 1 il ərzində şirkətin fəaliyyətinə rəhbərlik edərək ləğv prosesini bitirəcək.

    "Şirkətin müştəriləri (sığortalıları və s.) və digər kreditorları qarşısında bütün öhdəliklər tam və vaxtında icra ediləcək. Şirkətin bunun üçün artıqlaması ilə vəsaiti mövcuddur. Yəni Şirkət müflis deyil (əks halda, könüllü ləğv mümkün olmazdı). Belə ki, sığorta şirkətinin likvid aktivləri 9,31 mln. manat, öhdəlikləri isə 7,5 mln. manat təşkil edir. Beləliklə, Şirkətin aktivlərinin ümumi bazar dəyəri onun öhdəliklərinin həcmindən 1,81 mln. manat yuxarıdır. Buna görə də Şirkətin müştəriləri və kreditorlarının maraqları baxımdan narahatçılıq üçün heç bir əsas yoxdur. Ləğvetmə prosesi şəffaf və qanuna uyğun şəkildə həyata keçiriləcək, ictimaiyyətə vaxtaşırı məlumatlar veriləcək" - Ləğvetmə Komissiyasından bildirilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR