Elm və təhsil naziri Emin Əmrullayevin zəlzələ ilə bağlı etdiyi paylaşımla gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, nazir sosial media səhifəsində bu sözləri qeyd edib:
"Neftçi" İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu... Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm!!!"
Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.