Ərəblər məşhur futbolçunun transferini açıqladı

“Əl-Nəssr” klubu “İnter”in 30 yaşlı yarımmüdafiəçisi Marselo Brozoviçi transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Əl-Nəssr” klubu açıqlama verib. Bildirilib ki, 30 yaşlı futbolçu rəsmən heyətə cəlb edilib. Brozoviçin “Əl-Nəss”də illik 35 milyon avrodan çox maaş alacağı bildirilir. “Əl-Nəssr” Brozoviçi transfer etmək istəyən digər klublara söz də atıb:

“Hamı onu istəyirdi. O isə təkcə BİZİ"

Qeyd edək ki, "Barselona" və digər klublar Marselo Brozoviçi transfer etməyə çalışırdı. Kataloniya nəhənginin Busketsin boşluğunu "İnter"in yarımmüdafiəçisi ilə dolduracağı ilə bağlı xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR