Əhali ötən ay içki və tütün məhsullarına 206 mln. manat xərcləyib

2023-cü ilin ilk 6 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 169.8 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Metbuat.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən verdiyi xəbərə görə, cari ilin iyun ayında isə bu göstəricinin həcmi 205.8 milyon manat təşkil edib.

    Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında spirtli içkilərin qiymətləri 2022-ci ilin müvafiq dövrünə ilə müqayisədə 4.5%, tütün məmulatlarının qiymətləri isə 4.6% artıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı