AÇG və “Şahdəniz”dən indiyədək 405 mlrd. kubmetrdən artıq qaz hasil olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinədək burarada 405,8 mlrd. kubmetr qaz hasil olunub.

Metbuat.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 209,9 mlrd. kubmetr, “Şahdəniz”dən isə 195,9 mlrd. kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 138,1 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, 6 ay ərzində ölkədə 24,1 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 6,5 mlrd. kubmetri AÇG- dən, 13,2 mlrd. kubmetri “Şahdəniz”dən, 4,4 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 0,7 mlrd. kubmetr, yəni təqribən 3% artım qeydə alınıb.

“Hesabat dövründə xaricə qaz satışı təxminən 12 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 7,5% çoxdur. Cari ilin yanvar- iyun aylarında Türkiyəyə təqribən 5 mlrd. kubmetr, Avropaya təqribən 5,7 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 mlrd. kubmetr qaz nəql olunub”, - məlumatda bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı