Yanvar-mayda 1360 əkiz, 72 üçəm, 4 dördəm doğulub

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46 544 doğulan körpə qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Dövlət Stastika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,0-dan 11,1-ə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.

Doğulan körpələrdən 1360-ı əkiz, 72-si üçəm, 4-ü isə dördəm olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı