Bu il 25 mindən çox adama əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib.

Metbuat.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.

Son 6 ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,1 min şəxs 38,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı