Mətbuat Şurasının sədri, tanınmış jurnalist və şair Rəşad Məcid Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak edib.
Metbuat.az xəbər verir ki, o, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə 15 yaşında yazdığı şeiri qonaqlar üçün səsləndirib.
Rəşad Məcid qeyd edib ki, 1979-cu ildə qələmə alınan şeir onun Cıdır düzünün heyrətamizliyini görməsindən sonra ərsəyə gəlib.
Tədbirdən həmin anın görüntülərini təqdim edirik: